ÇL: “Sabah” bu gün TNS ilə cavab oyununu keçirəcək

“Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda 1-ci təsnifat mərhələsinin cavab matçında Uelsin TNS klubunun qonağı olacaq. Qarşılaşma “Park Holl” stadionunda, saat 21:30-da start götürəcək. Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.

Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button