“Qarabağ” “Lex”ə ilk oyunda məğlub oldu

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ÇL-in 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşıb. “Köhlən atlar” “Lex”lə ilk matçını bu gün – Polşada keçirib.

“Qarabağ” Çempionlar Liqasında yoluna davam etmək üçün Polşadan sərfəli nəticə ilə qayıtmağa çalışıb. Ağdam komandasının son illərdə Polşa klublarına qarşı uğurlu oyunları olub. Belə ki, “Qarabağ” son illərdə UEFA Avropa Liqasında bu ölkənin “Visla”, “Pyast” və “Legiya” klublarına qarşı görüşlərin hamısında mərhələ adlayan tərəf olub. “Köhlən atlar” bu uğurlu “ənənə”nin pozulmaması üçün əllərindən gələni ediblər. Amma təəssüf ki, bu oyunda sevinən tərəf Polşa çempionu olub.

“Qarabağ” “Lex”ə qarşı cavab matçını bir həftə sonra Bakıda keçirəcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
İlk oyun

5 iyul

Lex (Polşa) – Qarabağ 1:0
Qol: M.İshak, 41.
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya)
Polşa, Poznan

Lex: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşo, 6. Yesper Karlström, 9. Mikael İshak (k), 16. Antonio Miliç, 21. Mixal Skoraş, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka.
Ehtiyat oyunçular: 35. Filip Bednarek, 3. Barri Duqlas, 7. Afonso Souza, 10. Daniel Ramires, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alan Çervinski, 50. Adriel Ba Loua, 90. Artur Sobiex.
Baş məşqçi: Con van den Brom.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 20. Kadi Borges, 15. Leandro Andrade, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 4. Rahil Məmmədov, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin