ÇL oyunlarından biri təxirə salındı

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçirilməli olan oyunlarından biri təxirə salınıb.

Komanda.az xəbər verir ki, “Klaksvik” (Farer adaları) – “Bude Qlimt” (Norveç) görüşü sabaha keçirilib.

Buna qonaq komandanın hava şəraiti ilə əlaqədar Farer adalarına səyahət etməkdə çətinlik çəkməsi səbəb olub. Norveç təmsilçisi bununla bağlı meydan sahibləri və UEFA ilə əlaqə saxlayaraq görüşün sabaha ertələnməsini xahiş edib. Beləliklə, qitə futbol qurumu matçın vaxtını sabah saat 21:00-a dəyişib.

Bu komandalar arasındakı ilk oyunda “Bude Qlimt” 3:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button