
ÇL: Mbappe bir halda meydana çıxacaq
“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçiriləcək cavab matçına ehtiyat oyunçular skamyasında başlaya bilər. O, zədəsini tam sağaldıb və oyunun iştirak ərizəsinə daxil ediləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa fransalı forvardı yalnız son çarə kimi meydana buraxmağı planlaşdırır.
Madrid təmsilçisi “şəhərlilər”lə qarşılaşmada ciddi çətinliklə üzləşərsə, 27 yaşlı futbolçu oyuna daxil ola bilər. Oyun “Real” üçün uğurlu keçərsə, Mbappenin meydana çıxmaması da mümkündür.
Komandalar arasındakı ilk oyunda “Real” “Mançester Siti”ni 3:0 hesabı ilə məğlub edib. Mbappe zədəli olduğu üçün həmin görüşdə iştirak etməmişdi.
Bizi Facebook-da izləyin



