ÇL: “Bütün turnirlərdə səs-küy salan komandayıq” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının yarımfinalının “Milan”la keçirilən cavab qarşılaşmasından sonra (1:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, finala vəsiqə qazanana qədər inanılmaz yol qət etdiklərini deyib:

“Heç vaxt hansısa məsələ haqda söz verməmişəm. Bütün turnirlərdə səs-küy salan komandayıq. Aprelin 1-dən mayın 16-na qədər üç gündən bir meydana çıxdıq. Mükafatı iki turnirin finalında oynamaqdır. Çempionlar Liqasına xüsusi rəng qatdıq. Futbolçularıma afərin!

Bir neçə gün sonra nəyə nail olduğumuzu daha yaxşı başa düşəcəyik. Bu, bizim arzumuz idi. Lakin həmişə finala çıxacağımıza inanırdıq. İnanılmaz yol qət etdik. Yarımfinalda keçirilən belə derbidə sevinməkdən başqa, heç nə edə bilmərik”.

İki oyunun nəticəsinə əsasən, “İnter” “Milan” üzərində 3:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb.

Onların həlledici qarşılaşmadakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button