ÇL: “Belə yüksək fərdi ustalığa malik komandaya qarşı oynamaq çox çətindir”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının yarımfinalında “Bayern” üzərində qazanılan 5:4 hesablı qələbədən sonra komandasının oyununu dəyərləndirib.

Parislilər və münhenlilər bu qarşılaşmada yarımfinal mərhələsi üçün rekord sayda qol vuraraq turnirin tarixinə düşüblər. Buna baxmayaraq, ispaniyalı mütəxəssis komandasının oyunundan tam razı qalmadığını gizlətməyib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Enrike bu oyunu təhlil etməli olduqlarını bildirib:

“Bu oyunu təhlil etməliyik. Əlbəttə, bəzi məqamlarda üzərində işləməli olduğumuz şeylər var. Belə yüksək fərdi ustalığa malik komandaya qarşı oynamaq çox çətindir. Dörd qol buraxdıq – yaxşılaşdırmalı çox şey var. İndi əsas məsələ bərpa olunmaqdır, sonra çempionat barədə düşünəcəyik və yenidən “Bayern”ə köklənəcəyik”.

Komandalar arasında cavab matçı mayın 6-da Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button