Ançelottinin Çempionlar Liqasındakı favoriti

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti cari mövsümdə UEFA Çempionlar Liqasının əsas favoriti barədə fikrini bölüşüb.

İtaliyalı mütəxəssis hələ dekabrda turnirin qalibi kimi “Real”ı görsə də, “kral klubu” 1/4 final mərhələsində “Bayern”ə məğlub (ümumi hesabda 4:6) olaraq, mübarizəni dayandırıb.

Komanda.az “beIN Sports”-a istinadən xəbər verir ki, Ançelotti son açıqlamasında fikrini dəyişərək belə deyib:

“Mən deyirəm, bu dəfə qalib PSJ olacaq”.

Turnirin yarımfinal cütləri belədir: PSJ – “Bayern”, “Atletiko” – “Arsenal”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button