
Cerrard Çempionşipə gedən komandanın baş məşqçisi ola bilər
“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Bernli”nin baş məşqçisi ola bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Burnley Express” məlumat yayıb.
Komandanın İngiltərə Premyer Liqasını tərk edəcəyi artıq rəsmiləşib və növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.
Hazırda işsiz olan Cerrardın son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttifaq” olub. O, həmin komandadan ötən ilin yanvarında ayrılıb. İngiltərəli mütəxəssis daha əvvəl “Reyncers” və “Aston Villa”da da çalışıb.
“Bernli” mövsümün bitməsinə dörd tur qalmış 20 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



