Cerrard “Liverpul”un baş məşqçisi olmağa hazır deyil

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard gələcəkdə keçmiş komandasının baş məşqçisi olmaq ehtimalına münasibət bildirib.

Komanda.az “The Overlap”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis bunun bir xəyal olduğunu etiraf etsə də, hazırda belə bir vəzifəyə tam hazır olmadığını düşünür:

“Əlbəttə, bu, mənim üçün bir arzu olardı. Amma indi buna hazıram? Yəqin ki, yox”.

Cerrard 1998-2015-ci illərdə “Liverpul”un formasını geyinib. O, “qırmızılar”la birlikdə UEFA Çempionlar Liqası, UEFA Kuboku, İngiltərə kuboku və bir sıra digər titullar qazanıb.

Sabiq yarımmüdafiəçi “Liverpul”un heyətində ümumilikdə 710 oyunda iştirak edib, 186 qol vurub və 156 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button