Cerrard Slotun mümkün istefası haqda: “Buna hazır olmalısan”

“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard niderlandlı baş məşqçi Arne Slotun mümkün istefası barədə yayılan söz-söhbətlərə münasibət bildirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu özünün də belə vəziyyətlərlə qarşılaşdığını deyib:

“Bizim yaşadığımız dünya belədir. Mən də belə vəziyyətlərlə qarşılaşmışam. Bu mövzunun mətbuatda çıxacağını qəbul etməyə hazır olmalısan, xüsusilə də, top-klubda işləyirsənsə. Bundan qaçmaq mümkün deyil”.

Arne Slot ötən ilin yayında “Liverpul”un “sükanı arxasına” keçərək, almaniyalı mütəxəssis Yurgen Kloppun yerini tutub.

Slot komandaya 2024/25 mövsümündə Premyer Liqa çempionluğunu qazandırıb. Hazırda isə klub rəhbərliyi onun gələcəyini və mümkün əvəzedicini nəzərdən keçirir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button