Cerrard “Qarabağ”ın rəqibi haqda: “Böhranda deyil”

“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard klubun hazırkı durumunu şərh edib.

Komanda.az “This is Anfield” nəşrinə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu hazırkı vəziyyəti böhran adlandırmağın düzgün olmadığını bildirib:

“Hər məğlubiyyət, xüsusilə, belə ağır nəticələr, sizi böhrana yaxınlaşdırır. Amma mən bu sözü sevmirəm, çünki mənim üçün böhran kluba zirvəyə qayıtmaq üçün illərin lazım olduğu vəziyyətdir. Mən hesab etmirəm ki, “Liverpul” hazırda bu durumdadır.

İndi yanvar və ya fevral olsaydı, bəlkə, böhrandan danışmaq olardı. Hazırda isə yox. Digər tərəfdən, “Liverpul”un böyük problemləri olduğu inkar edilə bilməz. Komanda çətin bir dövr yaşayır”.

Mersisayd təmsilçisi cari mövsümdə bütün yarışlar üzrə 9 oyunda uduzub, həmçinin, UEFA Çempionlar Liqasının 5-ci turunda evdə PSV-yə 1:4 hesabı ilə məğlub olub.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button