Cengiz nə vaxt qayıdacaq?

“Roma”nın zədəli futbolçusu Cengiz Ündərin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, türkiyəli futbolçu komandasının həftəsonu A Seriyasının 28-ci turunda SPAL-la qarşılaşacağı oyunda iştirak edə bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Cengizin artıq növbəti həftə komandayla birgə məşqlərə başlayacağı bildirilib. 21 yaşlı oyunçunun martın 31-də, A Seriyasının 29-cu turu çərçivəsində keçiriləcək “Roma” – “Napoli” matçında iştirak edə biləcəyi gözlənilir.

Cengiz yanvarda, A Seriyasının 20-ci turunda baş tutan “Roma” – “Torino” matçında (3:2) zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button