Çempionluq kubokunu Ukrayna bayrağına bürüdü – FOTO

“Mançester Siti” İngiltərə çempionatının 38-ci turunda “Aston Villa” ilə oyunda qələbə qazanaraq (3:2), Premyer Liqanın çempionu olub.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in ukraynalı futbolçusu Oleksandr Zinçenko kuboku ölkəsinin bayrağı ilə bürüyüb.

“Mançester Siti” 93 xal toplayıb və ikinci pillədəki “Liverpul”u bir xal qabaqlayıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button