Çempionlar Liqası: “Liverpul”un matçının məkanı dəyişdirildi

Çempionlar Liqasının “Liverpul” (İngiltərə) və “Leyptsiq” (Almaniya) komandaları arasında keçiriləcək 1/8 final mərhələsinin cavab oyununun məkanı dəyişdirilib.

Komanda.az xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Komandalar arasında keçirilən ilk oyun da Budapeştdə – “Puşkaş Arena”da təşkil olunmuşu. Həmin qarşılaşmada “Liverpul” 2:0 hesablı qələbə qazanmışdı.

“Liverpul” – “Leyptsiq” matçı martın 10-da keçiriləcək.