“Çelsi” – “Bavariya” oyunu fransızlara tapşırıldı

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçiriləcək “Çelsi” (İngiltərə) – “Bavariya” (Almaniya) və “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) matçlarının təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Londonda keçiriləcək “Çelsi” – “Bavariya” matçını Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Klemen Turpin olacaq. Ona Nikolas Donos və Kril Qrinqor kömək edəcək. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək. VAR hakimləri isə Françis Leteks və Cerom Brisard olacaq.

İtaliyada keçiriləcək “Napoli” – “Barselona” matçını isə Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Feliks Brix olacaq. Ona Mark Borş və Stefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını Harm Osmerz yerinə yetirəcək. VAR hakimləri isə Bastian Dankert və Marko Frits olacaq.

Hər iki görüşə sabah, saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button