Çempionlar Liqasında yeni rekordçu

“Liverpul”un futbolçusu Trent Aleksandr-Arnold Çempionlar Liqasında yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, ingiltərəli oyunçu buna turnirin 2021/22 mövsümünün finalında “Real”la görüşdə iştirak etməklə nail olub.

O, meydana start heyətdə çıxıb. Bu, Trentin ÇL-də 3-cü finalıdır. 23 yaşlı futbolçu daha əvvəl “Liverpul”un heyətində 2018-ci ildə “Real”la (1:3), 2019-cu ildə isə “Tottenhem”lə (2:0) görüşdə meydanda olub. 23 yaş 233 günlüyündə olan futbolçu nəticədə turnir tarixində üç dəfə finala çıxan ən gənc oyunçu adını qazanıb. O, “Bayern”in hücumçusu Tomas Müllerin rekordunu qırıb.

“Real” “Liverpul”a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button