“PSJ ilə oyun yaxşı keçəcək” – “Bavariya”nın futbolçusu

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Lion”a 3:0 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanan “Bavariya”nın futbolçusu Alfonso Deyvis oyundan sonra açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, xəyalının gerçək olduğunu bildirib:

“Hər kəs nəticədən məmnundur, finala vəsiqə qazandığımız üçün xoşbəxtik. PSJ yaxşı komandadır. Hazırda qələbəmizi qeyd edirik, daha sonra o oyuna köklənəcəyik. PSJ ilə oyun yaxşı keçəcək. Bir futbolçu olaraq xəyal etdiyimiz budur, Avropanın ən yaxşıları ilə oynamaq. Çempionlar Liqasında iştirak etmək və finalda oynamaq xəyallarımın gerçəkləşməsidir. Təcrübəli futbolçularımız belə, yeni kubok üçün səbirsizlənirlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button