“Bu gün sərgilədiyimiz oyuna görə narahatam” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 35-ci turunda “Şeffild Yunayted”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lempard, 0:3 hesabıyla bitən görüşü belə şərh edib:

“Rəqib bizdən üstün idi, bütün komponentlərdə bizdən yaxşı oynadılar. “Şeffild Yunayted” yaxşı komandadır. İlk dördlükdəki komandalardan narahat deyiləm. Etdiyim yeganə şey oturmaq, oyunu izləmək və düşünməkdir. Bu gün sərgilədiyimiz oyuna görə narahatam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button