“Bu məğlubiyyət bizim üçün dərs oldu” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard Çempionlar Liqasında “Valensiya”ya məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun saytına danışan Lempard, 0:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Bu nəticə pis oldu. Ən azından uduzmamalıydıq. Şanslarımız oldu, bir də penaltidən yararlana bilmədik. Başımızı dik tutmalıyıq. Qarşıda 5 oyun var və bu məğlubiyyət bizim üçün dərs oldu.

Oyundan sonra “Liverpul”un da məğlub olduğunu gördüm. Çempionlar Liqasında hər oyun çətindir. Gənc oyunçularımız var və bəzi dəyişikliklər etməyə çalışırıq”.