“Çelsi”ni sevindirən xəbər

“Çelsi”nin yarımmüdafiəçisi Estevaonun zədəsi ilə bağlı sevindirici xəbər yayılıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, 19 yaşlı futbolçuya əməliyyat lazım olmayacaq. Onun bud nahiyəsindəki zədə ciddi xarakter daşımır.

Estevao zədəni təxminən bir ay əvvəl, “Mançester Yunayted”lə matçda (0:1) almışdı. Bu səbəbdən, o, Braziliya millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə daxil edilməmişdi.

Braziliyalı futbolçu bu mövsüm Premyer Liqada 22 oyunda meydana çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button