“Mançester Yunayted”in üçüncü təklifi də qəbul olunmadı

“Çelsi” yarımmüdafiəçi Meyson Mauntu “Mançester Yunayted”ə satmaqdan imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “zadəganlar” Mançester təmsilçisinin üçüncü təklifini də geri çevirib. London klubu futbolçu üçün nəzərdə tutulan məbləğlə razılaşmayıb.

MY isə Maunt üçün 58 milyon funt-sterlinq, sonra isə daha 7 milyon funt-sterlinq ödəyəcəyini deyib.

“Çelsi” “qırmızı şeytanlar”a görüşərək, müqavilənin şərtləri ilə bağlı daha ətraflı müzakirələr aparmağı və ortaq qərarın verilməsini təklif edib.

Maunt London klubunun yetirməsidir. O, 2022/23 mövsümündə “Çelsi”nin heyətində 35 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Mauntun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Yarımmüdafiəçi müqaviləni yeniləmək istəmir. O, “Mançester Yunayted”ə keçməyi düşünür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button