“Çelsi”dən Çempionşip klubuna

İngiltərənin “Çelsi” klubu daha bir futbolçusunu icarəyə göndərib.

Komanda.az xəbər verir ki, London klubu müdafiəçi Trevo Çalobanı Çempionşip təmsilçisi “Haddersfild”ə icarəyə verib.

Bu barədə Çempionşip klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu öncə “Çelsi” ilə 3 illik yeni müqavilə bağlayıb, daha sonra “Haddersfild”ə 1 illik icarəyə verilib. İngiltərəli müdafiəçi yeni komandasında 8 nömrəli formanı geyinəcək.

İngiltərənin U-20 yığmasının üzvü olan Çaloba daha öncə “İpsviç”də də icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button