
“Çelsi”də oynadığım üçün heç vaxt peşman olmayacam”
“Komo”nun baş məşqçisi Sesk Fabreqas futbolçu karyerası ərzində “Çelsi”də keçirdiyi vaxtları xatırlayıb.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, o, İngiltərə klubunda oynamasını karyerasının ən yaxşı qərarı kimi qiymətləndirib:
“Çelsi”də oynadığım üçün heç vaxt peşman olmayacam, əslində bunun tam əksidir. Mən həmişə “Çelsi” və orada keçirdiyim vaxt haqqında karyeramın bəlkə də, ən yaxşı qərarı kimi danışacam”.
Fabreqas 2014-cü ildən 2019-cu ilə qədər “Çelsi”də oynayıb. O, London klubunun heyətində ümumilikdə 198 oyunda 22 qol vurub və 57 məhsuldar ötürmə edib. Sabiq futbolçu “Çelsi” ilə iki dəfə Premyer Liqada, həmçinin, İngiltərə kuboku, Liqa kuboku və UEFA Avropa Liqasında uğur qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



