İngiltərə klubu Xabi Alonso ilə danışıq aparır

“Çelsi” baş məşqçi postuna Xabi Alonsonu gətirmək variantını dəyərləndirir.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

İspaniyalı mütəxəssis də hadisələrin bu cür inkişafını istisna etmir. Bununla belə, yekun qərar hələ verilməyib və tərəflər arasında danışıqlar davam edir.

Vakant posta namizədlər arasında Andoni İraolanın da adı çəkilir. Bildirilir ki, o, mövsümün sonunda hazırda çalışdığı “Bornmut”dan ayrıla bilər.

Alonso daha əvvəl “Real”ın baş məşqçisi olub, ancaq sonradan vəzifəsindən uzaqlaşdırılıb. “Çelsi”də isə məşqçilər heyətində edilən dəyişiklikdən sonra baş məşqçi vəzifəsinə müvəqqəti olaraq Kallum Makferlayn təyin olunub.

“Çelsi” hazırda Premyer Liqada turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button