
“Çelsi” Palmerə qiymət qoyub
“Çelsi” yarımmüdafiəçisi Koul Palmer üçün rəsmi transfer qiymətini müəyyənləşdirib. London klubu 24 yaşlı futbolçu üçün təxminən 95 milyon avro tələb edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” və “Mançester Siti” ingiltərəli oyunçunun vəziyyətini yaxından izləyir və mümkün transferlə bağlı məlumatlandırılıb.
Palmerin gələcəyi İngiltərə futbolunda əsas müzakirə mövzularından birinə çevrilib. “Çelsi”nin 2025/26 mövsümünü turnir cədvəlinin 10-cu pilləsində tamamlaması və avrokuboklara vəsiqə qazana bilməməsi bu spekulyasiyaları daha da artırıb. Onun İngiltərə millisinin yayda keçiriləcək dünya çempionatı heyətinə daxil edilməməsi də rezonans (əks-səda) doğurub.
Palmer son mövsümdə bütün turnirlərdə 34 oyuna çıxaraq, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



