“Çelsi” futbolçusunu “Barselona”ya təklif edib

“Çelsi”nin müdafiəçisi Mark Kukurella karyerasını “Barselona”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi maliyyə baxımından gəlir əldə etmək üçün bəzi futbolçularla yollarını ayırmağa hazırdır.

“Çelsi” rəhbərliyi Kukurellanın satışını ciddi şəkildə nəzərdən keçirir və artıq ispaniyalı oyunçunun xidmətini “Barselona”ya təklif edib. Potensial transferin dəyərinin təxminən 40 milyon avro olduğu bildirilir.

27 yaşlı futbolçu yaxın zamanda “Çelsi” rəhbərliyini gördüyü işlərə və mövsümün gedişində komandanın sabiq baş məşqçisi Enzo Mareska ilə yolların ayrılması qərarına görə açıq şəkildə tənqid etmişdi.

O, “Barselona”nın yetirməsidir və əsas komandada cəmi bir oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button