“Çelsi” Kanteyə əvəzləyici tapıb

“Çelsi” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subamendi ilə maraqlanır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi ispaniyalı futbolçunu zədə səbəbindən komandaya kömək edə bilməyən Nqolo Kantenin əvəzləyicisi kimi transfer etməyi düşünür.

Öncədən “Çelsi”nin fransalı futbolçu ilə yeni müqavilə imzalamayacağı bildirilib. Kantenin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

23 yaşlı Subamendi bu mövsüm “Real Sosyedad”ın heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button