
Rəhbərlik Mareskanın davranışından narazıdır
“Çelsi” rəhbərliyi baş məşqçi Enzo Mareskanın açıqlamalarından məmnun deyil.
Komanda.az “Guardian Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis son zamanlar klub rəhbərliyi ilə fikir ayrılıqlarını açıq şəkildə dilə gətirir, ancaq konkret konflikt detalları hələ məlum deyil.
Klub içərisində narazılıq əsasən Mareskanın komandada əldə etdiyi keçmiş uğurları tənqidi şəkildə vurğulamasından irəli gəlir. Rəhbərlik həmçinin, baş məşqçinin davranışındakı kəskin dəyişiklikdən məyus olub və hesab edir ki, o, bu vəzifəyə gətirilənədək Çempionşipdə çalışdığı və top səviyyədə çox da tələb olunmadığı üçün kluba minnətdar olmalıdır.
Enzo Mareskanın “Çelsi” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir və o, klubda keçən mövsümün əvvəlindən etibarən çalışır. Onun komandası UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
Bizi Facebook-da izləyin



