ÇL: “Yuventus”un yüksək səviyyəli oyunçuları və yaxşı baş məşqçisi var”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”a qarşı keçirəcəkləri ilk oyun öncəsi gözləntilərini bölüşüb. Qarşılaşma bu gün İstanbuldakı “RAMS Park”da baş tutacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli mütəxəssis, mövsümün əvvəlində əsas məqsədlərinin komandanı ilk səkkizliyə daxil etmək və birbaşa 1/8 finala yüksəlmək olduğunu deyib:

“Bunu bacarmadıq, amma top-24-ə düşmək və pley-off vasitəsilə şans qazanmaq bizim üçün vacibdir. İlk matç evimizdə olacaq. Rəqibimizin yüksək səviyyəli oyunçuları və yaxşı baş məşqçisi var. Onlar bəzi oyunlarda yaxşı çıxış etsələr də qalib gəlməyi bacarmayıblar. Son dövrlərdə isə uğur onlara gülməyib. Buna baxmayaraq, qarşıda bizi çox çətin oyun gözləyir”.

Buruk, evdə azarkeşlərin yaratdığı atmosferi görmək və qalib gələrək cavab oyunu üçün üstünlük əldə etmək istədiklərini vurğulayıb. O, həmçinin, qarşılaşmanın taleyinin bir oyunda həll olunmayacağını və iki matçlı sistemdə komandanın heyətindən səmərəli istifadə edilməli olduğunu deyib.

Cavab matçı fevralın 25-də Turində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button