Çalhanoğlu klubunu dəyişmək istəyir

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu cari mövsüm başa çatdıqdan sonra komandanı tərk etməyə hazırlaşır.

Türkiyəli futbolçu ötən yay da klubdan ayrılmağa yaxın olub. Ancaq “Qalatasaray”ın etdiyi transfer təklifi Milan təmsilçisini qane etmədiyi üçün keçid baş tutmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi mövsümün sonunda yeni çağırışa hazırdır. Hələlik “İnter” rəhbərliyinin onun gedişinə razılıq verib-verməyəcəyi məlum deyil.

Çalhanoğlunun bazar dəyəri 22 milyon avro qiymətləndirilir. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir. O, cari mövsümdə 23 oyunda meydana çıxaraq, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button