Cəfərov erməni üzərində qələbə ilə dünya çempionu oldu

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı başa çatıb.

Komanda.az xəbər verir ki, altıncı yarış günündə daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Nihat Məmmədli 1/8 finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan Məmmədli adını yarımfinala yazdırıb. Ancaq Nihat Rusiya güləşçisiylə bacarmayıb. Milli üzvü avqustun 22-də bürünc medal uğrunda görüşə çıxıb. Özbəkistan idmançısından güclü olan həmyerlimiz dünya çempionatının bürünc medalına sahib çıxıb.

Həsrət Cəfərov dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb. Cəfərov 1/4 finalda yerli güləşçiylə gərgin keçən mübarizədən də qalib ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Fransanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz bu rəqibinə də tam üstünlüklə qalib gəlib. Həlledici görüşdə Ermənistan idmançısıyla qarşılaşan Həsrət böyük fərqlə prinsipial qarşılaşmadan qalib ayrılaraq dünya çempionu olub.

Xasay Həsənli debütdə İsveçrə güləşçisindən güclü olub. Ancaq 1/4 finalda son Avropa çempionuyla bacarmayıb. Ancaq Gürcüstan pəhləvanı finala yüksəldiyi üçün Xasay təsəlliverici görüşə çıxıb və Belarus güləşçisinə qalib gəlib. Lakin bürünc medal uğrunda həlledici mübarizədə uduzan Həsənli 5-ci yerlə kifayətlənib.

Murad Əhmədiyev ilk görüşdə gürcü həmkarına uduzub.

60 kq
1/8 final: Nihat Məmmədli – Vikas Vikas (Hindistan) 9:0
1/4 final: Nihat Məmmədli – Firuz Mirzərəcəbov (Tacikistan) 8:0
1/2 final: Nihat Məmmədli – Dinislam Bammatov (Rusiya) 0:9
Bürünc medal görüşü: Nihat Məmmədli – Şerməhəmməd Şaribcanov (Özbəkistan) 5:1

67 kq
Təsnifat: Həsrət Cəfərov – Nestori Mannila (Finlandiya) 10:0
1/8 final: Həsrət Cəfərov – Luka Oçiqava (Gürcüstan) 12:3
1/4 final: Həsrət Cəfərov – Muslim İmadayev (Rusiya) 3:2
1/2 final: Həsrət Cəfərov – Qaqik Snjoyan (Fransa) 10:0
Final: Həsrət Cəfərov – Sahak Hovannisyan (Ermənistan) 7:0

72 kq
1/8 final: Xasay Həsənli – Mixael Portman (İsveçrə) 5:1
1/4 final: Xasay Həsənli – Giorgi Çixikvadze (Gürcüstan) 0:11
Təsəlliverici görüş: Xasay Həsənli – Andrey Kavalevski (Belarus) 3:1
Bürünc medal görüşü: Xasay Həsənli – Şant Xaçatryan (Ermənistan) 1:9

82 kq
1/8 final: Murad Əhmədiyev – Saba Mamaladze (Gürcüstan) 0:11

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button