ÇL: Spalettidən “Liverpul”la oyunla bağlı açıqlama

“Napoli”nin baş məşqçisi Luçano Spaletti Çempionlar Liqasının 1-ci turunda “Liverpul”a qarşı keçirəcəkləri oyun haqda gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis qələbə qazanmağa çalışacaqlarını deyib:

“Çempionlar Liqası fantastik atmosferlə əhatə olunub. Əlimizdən gələni edib, bu turnirin reytinqinə uyğun oynayacağıq. Bütün görüşlərimizdə qələbə qazanmağa çalışacağıq”.

“Napoli” – “Liverpul” matçı sentyabrın 7-də keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button