Buskets bu halda “Barselona”da qala bilər

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets hələ də klubla müqaviləsini yeniləməyib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı hücumçu Lionel Messi Kataloniya təmsilçisinə qayıtsa, ispaniyalı futbolçu “Barsa”da qala bilər.

Messi ilə münasibətləri yaxşı olduğu üçün Buskets La Liqa klubunda oynamağa davam edə bilər.

İspan oyunçunun klubla sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. Öncədən “Barsa”nın Busketsə illik maaşını 7-8 milyon avroya azaltmaqla yeni müqavilə təklif etdiyi bildirilirdi.

Buskets 2005-ci ildən Kataloniya təmsilçisinin heyətindədir. O, bu müddətdə 715 dəfə meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button