“Buraya ailəmlə gəlmək fikrim var” – Stoykoviç

Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviçin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə qarşılaşdıqları matçdan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Azərbaycan milli komandasının güclü tərəfini deyə bilərsiz?
  • Bizi çətin oyunun gözlədiyini bilirdik. Dünən dedim ki, oyun həqiqətən çətin olacaq. Azərbaycan yaxşı müdafiə olunur, əks hücumlara çıxır. Hesab 1:1 olandan sonra təhlükəli anlar yaşatdılar. Sonda qələbə qazandıq və 3 xal bizim oldu.
  • Müdafidə komandanızdan belə səhvlər gözləyirdiz və Əli Qurbani hesabı açsaydı, necə olacaqdı?
  • Həqiqətən, bunu gözləmirdim. Müdafiədə səhvlər oldu. Rəqibə geridönüş etmək üçün şanslar verdik. Buna çox qəzəbləndim. Sonda vəziyyəti öz xeyrimizə dəyişə bildik.
  • Oyunda dubl edən Mitroviç Serbiyaya qayıdarkən biznez-klassda olacaq, ya ekonomda?
  • O, şəxsi təyyarəyə də layiqdir. Lakin bunun üçün pulumuz yoxdur. O, yaxşı hücumçu olduğunu ilboyu göstərir. O biznes-klassa yox, şəxsi təyyarəyə layiqdir. Buraya ailəmlə yenidən gəlmək fikrim var. Düşünürəm ki, onlar Bakı kimi gözəl şəhəri gördükləri üçün çox məmnun olacaqlar. Sonuncu dəfə 2003-cü ildə burda olmuşam. Həmin vaxtdan çox şey dəyişib.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button