DÇ-2022: “Mükəmməl matç olduğunu deyə bilmərəm” – Santuş

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş DÇ-2022-nin 1/8 final mərhələsinin İsveçrə ilə oyunundan (6:1) sonra fikirlərini bölüşüb.

Komanda.az “Record”-a istinadən xəbər verir ki, o, oyunun mükəmməl keçmədiyini bildirib:

“Mükəmməl matç olduğunu deyə bilmərəm. Amma əla oyun keçdi”.

Baş məşqçi Kriştiano Ronaldonun əvəzinə Qonsalo Ramosun start heyətində meydana çıxması ilə bağlı sualı belə cavablandırıb:

“Bunu izah etmişəm. Bir daha izah etməyəcəm. Onlar fərqli oyunçulardır”.

Portuqaliya millisi 2006-cı ildən sonra ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəlib. Onlar DÇ-2022-nin 1/4 finalında Mərakeş yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button