“Bunu bacarsaz, çempionluğa oynaya bilərsiz” – Benites

“Nyukasl”ın baş məşqçisi Rafael Benites maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniyanın “As” nəşrinə danışan 58 yaşlı mütəxəssis, daha 10 il baş məşqçi kimi işləyəcəyini deyib:

“İnsanların mənim haqqımda “müdafiəyə köklənən oyuna üstünlük verir” deməsi məni təəccübləndirir. Mənim komandalarım həm müdafiədə, həm də hücumda yaxşı oynayır. “Liverpul”la Çempionlar Liqasında “Beşiktaş”ı 8:0 hesabıyla məğlub etdik. Bununla da, ÇL-in ən böyükhesablı qələbəsini qazandıq. Yenə “Liverpul”da işlədiyim zaman 8 gün ərzində “Mançester Yunayted”i 4:1, “Real”ı 4:0 və “Aston Villa”nı 5:0 hesabıyla məğlub etdik. Bu nəticələr göz qabağındadırsa, necə müdafiə oyunu oynadıram? Əsas olan həm müdafiədə, həm də hücumda balansı qorumaqdır. Bunu bacarsaz, çempionluğa oynaya bilərsiz.

Ən azı 10 il daha baş məşqçi kimi fəaliyyət göstərəcəm. İngiltərədə daha çox işləmək istəyirəm. Enerji və istəyiniz olduğu müddətdə çalışa bilərsiz”.

Karyerası ərzində “Valensiya”, “Liverpul”, “Çelsi”, “İnter”, “Napoli”, “Real” kimi komandaları çalışdıran Benites, 2016-cı ildən “Nyukasl”ın “sükanı arxasında”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button