
“Bundesliqada yaxın illərdə fərqli çempion görmək yaxşı olardı”
“Bayern”in sabiq müdafiəçisi Filipp Lam keçmiş komandasının Bundesliqada uzunmüddətli dominantlığı barədə fikirlərini bölüşüb.
Vensan Kompaninin rəhbərlik etdiyi Münhen təmsilçisi cari mövsümdə tarixində 35-ci dəfə Almaniya çempionu olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Bundesliqanın çox cəlbedici və tarixi klublarla zəngin bir liqa olduğunu bildirib:
“Bundesliqa çox maraqlı liqadır. Böyük tarixə malik bir çox klubumuz var. Əlbəttə, yaxın illərdə daha çox fərqli çempion görmək yaxşı olardı. Amma eyni zamanda, etiraf etməliyik ki, “Bayern” oyunçu inkişafı və beynəlxalq marketinq baxımından çox yaxşı iş görüb”.
O, əlavə edib ki, “Ştutqart” kimi klubların da gələcəkdə inkişaf etmək və uğur qazanmaq şansı var, xüsusilə də, UEFA Çempionlar Liqasında davamlı iştirak edə bilsələr.
Lam, “Bayern”dən əlavə, bir müddət “Ştutqart”ın da formasını geyinib.
Bizi Facebook-da izləyin



