Bundesliqa 30 aprelə qədər təxirə salınır – RƏSMİ

Almaniya Futbol Liqası koronavirusa görə Almaniya Bundesliqasının və ikinci Bundesliqanın bərpa müddətini uzatmağı planlaşdırır.

Komanda.az liqanın saytına istinadən xəbər verir ki, qurumun idarə heyətinin videoiclasında yarışların 30 aprelə qədər dayandırılması tövsiyə olunub.

Açıqlamada yerli çempionatın iyunun 30-dək tamamlanacağına ümidlərin qaldığı, lakin hər şeyin koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafından asılı olacağı vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Almaniya Bundesliqası və ikinci Bundesliqasının oyunları aprelin 2-dək təxirə salınmışdı.