Buffon qapıların ölçülərini dəyişdirməyi təklif edir

İtaliya millisinin keçmiş qapıçısı Canluici Buffon futbolda qapıların ölçüsünün kiçik olduğunu düşünür.

Komanda.az xəbər verir ki, o “Tuttosport”-a açıqlamasında qeyd edib ki, artıq qapıçılar daha ucaboyludurlar və buna görə də qapıların ölçülərində də dəyişiklik etmək lazımdır:

“Biz bu barədə düşünməliyik. Bu yaxınlarda qohumlarım və həyat yoldaşımla bu haqda danışdım. Qapıların hazırkı ölçüsü 1875-ci ildə müəyyən edilib. Yəqin ki, o dövr üçün qapı böyük idi. Ola bilər ki, bu, o zaman doğru sayılırdı. Amma indi bəzi oyunçuları və qapıçıları görəndə, bu barədə düşünməyə dəyər. Hətta voleybolda da torun hündürlüyünün ölçüsü müzakirə edilir.

Təbii ki, buna məsul orqanlar qərar verməlidir. Amma qapıçılar indi daha uzunboyludurlar. Meydan oyunçuları daha sürətlidirlər. Futbolçuların texnikası getdikcə yaxşılaşır. 30 il əvvəl uzaq məsafədən vurulan 50 zərbədən 10-u qol olurdusa, indi 3-ü mümkündür. Uzaqdan iki metrlik qapıçıya qol vurmaq daha çətindir”.

Hazırda futbol meydançalarında qapıların eni 7,32, hündürlüyü isə 2,44 metrdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button