“Bu, tarixin ən yaxşı Argentina komandasıdır”

Argentina millisinin sabiq yarımmüdafiəçisi Anxel Di Maria komandanın 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial media hesabında bunları yazıb:

“Biz sizinlə fəxr edirik. Bu, tarixin ən yaxşı Argentina komandasıdır. Heç kim bu finalları bizdən ala bilməz. Təşəkkür edirəm”.

Argentina millisi dünya çempionatının finalında İspaniya yığmasına əlavə vaxtda buraxdığı qolla 0:1 hesabı ilə məğlub olub. Qələbə qolunun müəllifi Ferran Torres olub. Bununla da, İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button