“Bu, sadəcə başlanğıcdır” – Poçettino

Fransa superkubokunda “Olimpik”ə (Marsel) 2:1 hesabı ilə qalib gələn PSJ-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, futbolçularının oyunundan razı qalan argentinalı mütəxəssis, bunları deyib:

“Bir məşqçi kimi ən böyük rəqibimizə qarşı oyunda qələbə qazanmaq çox vacibdir. Komanda yavaş-yavaş istədiyim işləri görür. İki həftədir burdayam, amma çox hazırlaşdıq. Bu, sadəcə başlanğıcdır. Futbolçularım bu kuboku qazanmağa layiq idi. Zaman və çox çalışmaqla bütün planlarımızı reallaşdıracağımıza inanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button