AÇ-2024: “Bu oyun başqa matçlara bənzəməyəcək” – Şevçenko

“Milan”ın sabiq hücumçusu Andrey Şevçenko Ukrayna və İtaliya yığmalarının qarşılaşacağı AÇ-2024-ün seçmə mərhələsinin həlledici oyunu haqda danışıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Ukrayna millisinin keçmiş baş məşqçisi komandanın yaxşı vəziyyətdə olduğunu bildirib:

“Bu, çox vacib bir matçdır, bir oyundan daha çox! Ölkədəki çətinliklərə baxmayaraq, hər ev oyununu səfərdə keçirməyə məcbur olsaq da, komanda hələ də yaxşı vəziyyətdədir. Aydındır ki, nəsillər dəyişdi, amma bizim dəyərli oyunçularımız var: Mudrik, Sudakov və Tsqankov.

Rebrov (Ukrayna millisinin baş məşqçisi) çox çətin vəziyyətdə əla iş gördü. O, fəlsəfəsini inkişaf etdirdi və komanda yenidən doğuldu. İndiki mərhələdə itirəcək heç nəyimiz yoxdur, lakin bu o demək deyil ki, biz əldə olunanlardan razıyıq.

İtaliya millisində mən ayrı-ayrı oyunçulardan yox, bütün komandadan qorxuram. Luçano Spalletti yüksək motivasiyalıdır. Spalettiyə böyük hörmətim var, o, əla məşqçidir, ən yaxşılardan biridir. O, şübhəsiz ki, keçmiş məyusluqlardan sonra İtaliyanı zirvəyə çatdırmaq istəyir. Lakin ukraynalılar özlərini sübut etməyə hazırdırlar, çünki bu oyun başqa matçlara bənzəməyəcək”.

Xatırladaq ki, Ukrayna millisi İtaliyanı məğlub edəcəyi təqdirdə, birbaşa AÇ-2024-ə vəsiqə qazanacaq, heç-heçə və ya məğlubiyyət onları əlavə təsnifat mərhələsinə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button