Bu gün “Qarabağ”ın potensial rəqibi məlum olacaq

Bu gün Çempionlar Liqasında və Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkatması keçiriləcək.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir müvafiq olaraq saat 14:00 və 15:00-da baş tutacaq. Azərbaycan çempionu “Qarabağ”ın bu mərhələlərdəki potensial rəqibləri müəyyənləşəcək.

ÇL-in 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq Ağdam təmsilçisi qalib gələcəyi təqdirdə, bu turnirdəki çıxışını davam etdirəcək, məğlub olacağı halda mübarizəni AL-də davam etdirəcək.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblər:
“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Apollon” (Kipr)

Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblər
“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün məğlubu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu
HJK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya) cütünün məğlubu
“Linfild” (Şimali İrlandiya) – “Bodo-Qlimt” (Norveç) cütünün məğlubu
“Jalgiris” (Litva) – “Malmö” (İsveç) cütünün məğlubu
“Ludoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova) cütünün məğlubu
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün məğlubu

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 2-3-də və 9-10-da keçiriləcək. Avropa Liqasında isə bu mərhələnin matçları avqustun 4-də və 11-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button