“Biz “Neftçi”ni layiqli şəkildə təmsil etməliyik”

Bu gün “Neftçi”nin futbolçusu Soni Mustivarın 30 yaşı tamam olur.

Komanda.az xəbər verir ki, 1990-cı ildə dünyaya gəlmiş haitili yarımmüdafiəçi 2017/2018 mövsümündən çıxış etdiyi “ağ-qaralar”ın heyətində 54 oyun keçirib, 3 qol vurub. Mustivar Haiti millisinin forması ilə meydana çıxdığı 19 matçda iki dəfə fərqlənib.

Mustivarın “Neftçi”nin saytına verdiyi müsahibəni təqdim edirik:

  • Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiz?
  • Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).
  • Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?
  • Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə “Nintendo 64” oyun konsolu idi.
  • Bu günü necə keçirəcəksiz?
  • Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.
  • Artıq bir neçə ildir ki, “Neftçi”dəsiz. Bu klub sizin üçün nə məna daşıyır?
  • “Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.
  • Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısız.
  • Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz “Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.
  • Həftəsonu “Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiz?
  • Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button