“Verona”dan inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Turun açılış matçında turnir cədvəlinin sonuncusu “Krotone” “Atalanta”nı qəbul edıb. Qonaqlar bu oyundan qələbə ilə ayrılıblar. “Bolonya” “Kalyari”ni məğlub yola salıb. “İnter” isə “Parma”nı sınağa çəkib. Milan təmsilçisi bu görüşdə məğlubiyyətdən son anda qurtulub.

Turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib. Lider “Milan” bu turda “Udineze” səfərinə yollanıb və çətin qələbəyə sevinib. Son çempion “Yuventus” “Spetsiya” ilə səfər oyununda darmadağına sevinibsə, “Napoli” “Sassuolo” ilə qarşılaşmadan məğlub ayrılıb.

“Sampdoriya” – “Cenoa” matçında qalib müəyyənləşməyib. “Roma” doğma meydanda “Fiorentina” üzərində inamlı qələbəyə sevinibsə, paytaxtın digər təmsilçisi “Latsio” səfərdə “Torino”dan güclü olub.

Sonuncu oyun günündə “Verona” doğma meydanda “Benevento”ya inamlı hesabla qalib gəlib – 3:1.

İtaliya A Seriyası, 6-cı tur

31 oktyabr

Krotone – Atalanta 1:2
Qol
: Simi, 40 – Muriel, 26; 38.

İnter – Parma 2:2
Qol
: Brozoviç, 64. Perişiç, 90+2 – Jervinyo, 46; 62.

Bolonya – Kalyari 3:2
Qol
: Barrou, 45; 56. Soriano, 52 – J.Pedro, 15. Simeone, 47.

1 noyabr

Udineze – Milan 1:2
Qol
: De Paul, 48-pen – Kessye, 18. İbrahimoviç, 83.

Spetsiya – Yuventus 1:4
Qol
: Pobeqa, 32 – Morata, 14. Ronaldo, 59; 76-pen. Rabyo, 67.

Torino – Latsio 3:4
Qol
: Bremer, 19. Belotti, 24. Lukiç, 87 – A.Pereyra, 15. Milinkoviç-Saviç, 49. İmmobile, 90+5-pen. Kaysedo, 90+8.

Roma – Fiorentina 2:0
Qol
: Spinatsola, 12. Pedro, 70.

Napoli – Sassuolo 0:2
Qol
: Lokatelli, 59-pen. M.Lopes, 90+5.

Sampdoriya – Cenoa 1:1
Qol
: Yankto, 23 – Skamakka, 28.

2 noyabr

Verona – Benevento 3:1
Qol
: Barak, 17; 63. Lazoviç, 77 – Lapadula, 56.

Bombardir: Zlatan İbrahimoviç (Milan) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button