Son oyunda heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında “Roma” doğma meydanda “Cenoa”nı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Turun mərkəzi görüşündə lider “İnter” əzəli rəqibi “Milan”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər. Günün digər matçında “Fiorentina” “Latsio”nu sınağa çəkib. Bu oyunda da qonaqlar darmadağınla qalib gəliblər.

Turun əksər görüşləri bazar gününə təsadüf edib. “Bolonya” – “Empoli” matçında hesab açılmayıb. “Sampdoriya” “Sassuolo”nu, “Udineze” isə “Torino”nu məğlub yola salıb.

“Atalanta” bu dəfə “Kalyari” ilə ev oyunundan gözlənilməz məğlubiyyətlə ayrılıb. “Yuventus” bu turda “Verona” ilə qarşılaşıb. Turin təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib. “Napoli” isə səfərdə “Venetsiya”nı 2 cavabsız qolla yenib.

Sonuncu oyun günündə çempionatın aşkar autsayderi “Salernitana” doğma meydanda “Spetsiya” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 24-cü tur

5 fevral

Roma – Cenoa 0:0

İnter – Milan 1:2
Qol
: Perişiç, 38 – Jiru, 75; 78.

Fiorentina – Latsio 0:3
Qol
: Milinkoviç-Saviç, 52. İmmobile, 70. Biraqi, 81-öz qapısına.

6 fevral

Atalanta – Kalyari 1:2
Qol
: Palomino, 64 – Pereyro, 50; 68.

Bolonya – Empoli 0:0

Venetsiya – Napoli 0:2
Qol
: Osimhen, 59. Petanya, 90+10.

Sampdoriya – Sassuolo 4:0
Qol
: Kaputo, 5. Sensi, 7. Konti, 63. Kandreva, 90+1.

Udineze – Torino 2:0
Qol
: Molina, 90+3. Pussetto, 90+7.

Yuventus – Verona 2:0
Qol
: Vlahoviç, 13. Zakariya, 61.

7 fevral

Salernitana – Spetsiya 2:2
Qol
: Verdi, 3; 16 – Manay, 12-pen. Verde, 30-pen.

Bombardir: Duşan Vlahoviç (“Yuventus”), Çiro İmmobile (“Latsio”) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button