“Yuventus”dan darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında “Fiorentina” doğma meydanda “Spetsiya”nı qəbul edib və darmadağına sevinib. Turinin “Torino” komandası “Kalyari” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

Şənbə günü daha üç görüş baş tutub. “Cenoa” – “Verona” və “Sassuolo” – “Bolonya” matçlarında qalib müəyyənləşməyib. “Latsio” isə “Sampdoriya” ilə ev oyununda minimal hesabla üstün olub.

Bazar günü dörd qarşılaşma baş tutub. “Parma” – “Udineze” və “Benevento” – “Roma” görüşlərində qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Milanda keçirilub. Lider “İnter” “San-Siro”da əzəli rəqibi və çempionatda ən yaxın izləyicisi “Milan”ın qonağı olub. Qonaqlar derbidə darmadağına seviniblər.

Turun maraqlı qarşılaşmalarından biri Berqamoda keçirilib. “Atalanta” burada “Napoli”nin müqavimətini qırmağa çalışıb. Altı qolun qeydə alındığı matç məhz meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Çempionlar Liqasında “Portu”ya məğlub olan son çempion “Yuventus”un çempionatdakı rəqibi isə autsayder “Krotone” olub. Turin təmsilçisi bu görüşdə darmadağına sevinib.

İtaliya A Seriyası, 23-cü tur

19 fevral

Fiorentina – Spetsiya 3:0
Qol
: Vlahoviç, 48. Kastrovilli, 64. Eysserik, 82.

Kalyari – Torino 0:1
Qol
: Bremer, 76.

20 fevral

Latsio – Sampdoriya 1:0
Qol
: L.Alberto, 24.

Cenoa – Verona 2:2
Qol
: Şomurodov, 48. Badel, 90+4 – İliç, 17. Faraoni, 61.

Sassuolo – Bolonya 1:1
Qol
: Kaputo, 52 – Soriano, 17.

21 fevral

Parma – Udineze 2:2
Qol
: Kornelius, 3. Kuçka, 32-pen – Okaka, 64. Naytink, 80.

Milan – İnter 0:3
Qol
: L.Martines, 5; 57. Lukaku, 66.

Atalanta – Napoli 4:2
Qol
: Sapata, 52. Qosens, 64. Muriel, 71. Romero, 79 – Zelinski, 58. Qosens, 76-öz qapısına.

Benevento – Roma 0:0

22 fevral

Yuventus – Krotone 3:0
Qol
: Ronaldo, 38; 45+1. Makkenni, 66.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 18 qol.