La Liqada mövsüm yekunlaşdı

Futbol üzrə İspaniya La Liqasında sonuncu – 38-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Levante” doğma meydanda “Kadis”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Lider “Atletiko” bu turda “Valyadolid” səfərinə yollanıb. Madrid təmsilçisi bu görüşdə qələbə qazansaydı, mövsümün qalibi olacaqdı. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran madridlilər əzmkar qələbə sayəsində çempion olublar. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Real”ın bu turdakı rəqibi “Vilyarreal” olub. “Real” da bu oyunda əzmkar qələbəyə sevinib. Amma sonda gümüş medallarla kifayətlənib.

“Barselona” isə son turda səfərdə “Eybar”ı minimal hesabla üstələyib və bürünc mükafatçı olub.

Sonuncu oyun günündə “Qranada” ilə “Xetafe” heç-heçəyə razılaşıb. “Sevilya” isə “Alaves”lə oyundan qələbə ilə ayrılıb.

Beləliklə, mövsümün yekunlarına əsasən, Madrid “Atletiko”su 86 xalla çempion olub. Madridin digər təmsilçisi “Real” 84 xalla ikinci yeri tutub. 79 xal toplamış “Barselona” isə bürünc mükafatçı olub. Bu komandalarla birgə, 77 xalla dördüncü olan “Sevilya” da UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Beşinci və altıncı yerləri tutan “Real Sosyedad”la (62 xal) “Betis” (61 xal) İspaniyanı Avropa Liqasında təmsil edəcək. 58 xalal yeddinci olan “Vilyarreal” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

Son üç pilləni tutan “Hueska” (34 xal), “Valyadolid” (31) və “Eybar” (30) La Liqa ilə vidalaşmaq məcburiyyətində qalıb.

İspaniya La Liqası, 38-ci tur

21 may

Levante – Kadis 2:2
Qol
: Rocer, 8. Melero, 58 – Neqredo, 14. Akapo, 32.

22 may

Selta – Betis 2:3
Qol
: Aspas, 32-pen. Mendes, 49 – B.İqlesias, 53-pen. Fekir, 69. V.Ruis, 73.

Eybar – Barselona 0:1
Qol
: Qrizmann, 81.

Elçe – Atletik 2:0
Qol
: Boye, 28. Quti, 73.

Hueska – Valensiya 0:0

Osasuna – Real Sosyedad 0:1
Qol
: İsak, 86.

Real – Vilyarreal 2:1
Qol
: Benzema, 87. Modriç, 90+2 – Pino, 20.

Valyadolid – Atletiko 1:2
Qol
: Plano, 18 – Korrea, 57. L.Suares, 67.

23 may

Qranada – Xetafe 0:0

Sevilya – Alaves 1:0
Qol
: A.Qomes, 90+2.

Bombardir: Lionel Messi (Barselona) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button