“Barselona” səfərdə xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Ötən tur “Atletik”lə oyunda heç-heçə edən “Atletiko” açılış matçında “Xetafe” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.

Günün digər oyunlarına gəlincə, “Atletik” evdə “Rayo Valyekano”ya, “Levante” isə “Selta”ya uduzub.

Lider “Real” bu turda “Malyorka”nı sınağa çəkib və darmadağına sevinib. “Espanyol” “Alaves”i, “Vilyarreal” “Elçe”ni məğlub yola salıb. Mövsümə uğursuz start verən “Valensiya” “Sevilya” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Real Sosyedad” “Qranada”nın, “Betis” “Osasuna”nın qonağı olub. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Turun son matçında “Barselona” “Kadis”lə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

İspaniya La Liqası, 6-cı tur

21 sentyabr

Xetafe – Atletiko 1:2
Qol
: Mitroviç, 45 – L.Suares, 78; 90.

Atletik – Rayo Valyekano 1:2
Qol
: Siss, 33-öz qapısına – A.Qarsiya, 5. Falkao, 90+6.

Levante – Selta 0:2
Qol
: Aspas, 66. B.Mendes, 85.

22 sentyabr

Sevilya – Valensiya 3:1
Qol
: P.Qomes, 3. Lato, 15-öz qapısına. Mir, 22 – Duro, 31.

Espanyol – Alaves 1:0
Qol
: De Tomas, 54-pen.

Vilyarreal – Elçe 4:1
Qol
: Pino, 5. Triqeros, 39. Danjuma, 60. Moreno, 90+4 – Mojika, 19.

Real – Malyorka 6:1
Qol
: Benzema, 3; 78. Asensio, 24; 29; 55. İsko, 84 – K.İ.Li, 25.

23 sentyabr

Qranada – Real Sosyedad 2:3
Qol
: Sançes, 9. Milya, 70-pen – Elustondo, 52; 82. Merino, 60.

Osasuna – Betis 1:3
Qol
: K.Qarsiya, 39 – Hermoso, 21. Xuanmi, 80. V.Xose, 90+3.

Kadis – Barselona 0:0

Bombardir: Kərim Benzema (“Real”) – 8 qol.