“Real”dan darmadağın

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Osasuna” doğma meydanda “Kadis”lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər. “Elçe” “Alaves”i qəbul edib və iki cavabsız qolla uduzub. “Barselona” isə “Levante” səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.

“Hueska” “Atletik”i, “Selta” da “Xetafe”ni minimal hesabla üstələyib. “Sevilya” da doğma meydanda “Valensiya” ilə oyunda 3 xalı tək qolla qazanıb.

Lider “Atletiko” isə bu turda “Real Sosyedad”ı qəbul edib. Madrid təmsilçisi qələbə qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.

Madrid “Real”ı bu turda səfərdə “Qranada” ilə qarşılaşıb və darmadağınla qalib gəlib.

İspaniya La Liqası, 36-cı tur

11 may

Osasuna – Kadis 3:2
Qol
: Budimir, 38; 75. Torres, 86 – Saponyiç, 49-pen. Perea, 90+1.

Elçe – Alaves 0:2
Qol
: Xoselu, 40. Rioxa, 54.

Levante – Barselona 3:3
Qol
: Melero, 57. Morales, 59. Leon, 83 – Messi, 85. Pedri, 34. Dembele, 64.

12 may

Sevilya – Valensiya 1:0
Qol
: En Nesiri, 66.

Hueska – Atletik 1:0
Qol
: Ramires, 61.

Selta – Xetafe 1:0
Qol
: Nolito, 24.

Atletiko – Real Sosyedad 2:1
Qol
: Karrasko, 16. Korrea, 28 – Zubeldia, 83.

13 may

Valyadolid – Vilyarreal 0:2
Qol
: Moreno, 68. Kapue, 90+1.

Eybar – Betis 1:1
Qol
: Enrix, 83 – Quardado, 4.

Qranada – Real 1:4
Qol
: Molina, 71 – Modriç, 17. Rodriqo, 45+1. Odriosola, 75. Benzema, 76.

Bombardir: Lionel Messi (Barselona) – 29 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button